Uşu-sanda üzrə XXV Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
Noyabrın 10-12-də uşu-sanda idman növü üzrə XXV Azərbaycan çempionatı və birinciliyi keçiriləcək.
Azərbaycan Uşu-sanda Federasiyasından bildirilib ki, Şağan Olimpiya İdman Kompleksində keçiriləcək yarışın məqsədi idmançıların ustalıq səviyyəsinin artırılması, yığma komandanın və 2018-ci ildə keçiriləcək Avropa çempionatında iştirak edəcək heyəti müəyyənləşdirməkdir.
Çempionatda yeniyetmə, gənc və böyüklər müxtəlif çəki dərəcələrində mübarizə aparacaqlar.
Yarışın qalibləri diplom və medallarla mükafatlandırılacaqlar.
Qeyd edək ki, çempionat Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşu-sanda Federasiyası tərəfindən keçiriləcək.
Azərtac.az
Facebook-da paylaş