Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Bütün günahı öz üzərimə götürürəm"

"Bütün günahı öz üzərimə götürürəm"

“Oyun barədə hər şey demək olar. Biz pis oynadıq və uduzduq. Başa düşürəm və əminəm ki, bugünkündən daha yaxşı oynamaq üçün potensialımız var".

Bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 7-ci turunda "Kəpəz"ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

"Deyv Bultuisin əvəzetməsindən sonra üç müdafiəçidən ibarət sistemə keçdik ki, meydana daha bir hücumameylli oyunçu buraxaq. Vitali Vernidub mərkəz, Ürfan Abbasovla Qismət Alıyev kənar mərkəz müdafiəçisi kimi oynadı. Bu əvəzetmə Deyvin pis oynaması ilə deyil, oyunun sürətini artırmaq yolunu tapmaq üçün edilmişdi. Ekiqo Ehiosun da meydana daxil olub, planlaşdırdığımız gerçəkləşdirməyə çalışdı. Amma təəssüf ki, qol vura bilmədik" - deyə o bildirib.

Ukraynalı mütəxəssis bugünkü matçda bütün günahı öz üzərinə götürdüyünü söyləyib: " Bu gün gördüm ki, futbolçularımız çox çalışdı. Onlardan heç birinə irad bildirməyim düz olmaz. İstədiyimiz çox şey alınmadı. Amma futbolda belə hallar olur. Öncədən nə isə söyləmək çətindir. Çox istərdik ki, daha uduzmayıb, qələbələri sıralayaq. İndi oyunçuları itirməyimiz və ya hadisələrin başqa axarından danışmağın vaxtı deyil. Futbolda məğlubiyyət də olur. Bu nəticəyə sakit yanaşıram. Əsas odur ki, mən narahat olum, amma futbolçularıma mənfi heç nə yönəlməsin. Onlar nə isə əldə etməyə çalışdılar, lakin alınmadı”.


Facebook-da paylaş

Xəbəri paylaş