Qurban Qurbanov: Çempionlar Liqasındakı ağır oyundan sonra komandamız çətin də olsa, Azərbaycan çempionatında qalib gəldi
Qalib gəlmək istəyirdik. “Kəpəz”in yaxşı mübarizə aparacağını bilirdik.
Bu fikirləri Azərbaycan Premyer Liqasının beşinci turunda “Kəpəz”ə 2:0 hesabı ilə qalib gələn Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov görüşdən sonra keçirilən mətbuat konfransında səsləndirib. Baş məşçqi deyib: "Bilirdik ki, rəqib müdafiə olunacaq. Çətin də olsa, iki qol vuraraq qələbə qazana bildik. Qol imkanlarımız çox idi. Futbolçularımız üçün çətin oyun oldu. Çünki oyunçularda ruh düşkünlüyü və psixoliji cəhətdən yorğunluq vardı. Ancaq buna baxmayaraq, komandamız qalib gəlmək üçün sonadək mübarizə apardı.
"Çempionlar Liqasındakı mübarizə və sürətlə Azərbaycan çempionatı arasında böyük fərq var. Çempionlar Liqasındakı ağır oyunlardan sonra futbolçuları Premyer Liqa matçına kökləmək və eyni zamanda, yenidən nüfuzlu turnirdə "Roma" kimi komandaya qarşı oynamaq çətindir. Çempionatdakı rəqiblərimiz hazırda daha çox müdafiə olunurlar və əks-hücumlara üstünlük verirlər. Çempionlar Liqasında isə fərqli oyun olur.
Bu mənada çempionatdan Çempionlar Liqasına hazırlaşmaq çətindir.
Bizi dəstəkləmək üçün stadiona gələn azarkeşlərimizə də təşəkkür edirəm" - deyə Q.Qurbanov əlavə edib.
AZƏRTAC.
Facebook-da paylaş