Taekvondoçular yoldaşlıq görüşündə qüvvələrini sınadılar
Ağdaş Olimpiya İdman Kompleksində Ağdaş "Gənclər" və Bakının "Əhmədli" taekvondo komandaları ilə borgə uşaq, yeniyetmə və gənclər arasında təlim məşq toplantıları və yoldaşlıq görüşləri keçirilib.
BrendSport.az saytı xəbər verir ki, yarışda 60-dan çox idmançı öz gücünü sınayıb. Təlim məşqlərin əsas mahiyyəti regionlarda yoldaşlıq münasibətlərini möhkəmləndirmək, idmançıların döyüş texnikasını təkmilləşdirmək və gələcək yarışlara hazırlamaq məqsədi daşıyıb.
Ağdaş komandasının məşqçi-müəllimi Eşqin İsmayılovun rəhbərliyi altında öncə 2 saat müddətində təlim məşlər keçirildi. Sonra isə yoldaşlıq görüşlərinə start verildi.
İdmançıların döyüş texnikalarına nəzarət olunub və məşqçilər tərəfindən müxtəlif tövsiyər verilib.
Yekunda göstərdiyi döyüş texnikasına görə iştirakçılara ATF-nin Ağdaş "Gənclər" Taekvondo İdman klubunun təsis etdiyi Fəxri fərmanlar və sertifikatlar təltif edildi.
Turnirə dəstək verdiyi üçün "Əhmədli" taekvondo komandasının məşqçi-müəllimi IV Dan qara kəmər ustası Elnur Əhmədova xüsusi Fəxri fərman təqdim olundu.
Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi
Facebook-da paylaş