“Çox qol vurmağa çalışacağıq”
“Sabah çətin oyun olacaq”. Bunu Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev deyib.
Yığmamız sabah DÇ-2018-in seçmə mərhələsində San Marinonu qəbul edəcək.
Qarşılaşmadan öncə təşkil edilən mətbuat konfransında forvard fikirlərini bildirib: “Rəqib ancaq müdafiə futbolu oynayır. Demək olar ki, hücuma keçmirlər. Buna baxmayaraq, hədəfimiz qələbədi. İmkan daxilində çox qol vurmağa çalışacağıq”.
Facebook-da paylaş