Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Karateçilərimiz Xorvatiya Qran-Pri turnirində medallarının sayını səkkizə çatdırıblar




Yeniyetmələrin ardından gənclərdən ibarət milli komandamız Xorvatiyada karate üzrə 27-ci Qran-Pri turnirində medallara sahib olub.

Azərbaycan Milli Karate Federasiyasının saytına istinadən xəbər veririk ki, gənc karateçilərimiz yarışda iki gümüş və üç bürünc medal qazanıblar.

Ülvi Qurbanov (60 kq) və Murad Hacızadə (84 kq-dan yuxarı) nüfuzlu beynəlxalq turnirin ikinci pilləsində yer alıblar. Mədinə Sadıxova (48 kq), Müseib Məmmədov (68 kq) və Elcan Məmmədrzayev (60 kq) isə yarışı üçüncü pillədə başa vurublar.

Məhəmməd Məmmədov (65 kq), Ruslan Əhmədov (75 kq) və Murad Balakişiyev (84 kq) bürünc medal uğrunda görüşdə məğlub olublar. Aytac Əliyeva (55 kq) mübarizəni bürünc mükafatın bir addımlığında dayandırıb.

Azərtac.az


Facebook-da paylaş

Xəbəri paylaş