Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Messi və Zidan Moskvada “DÇ-2018”in rəsmi topunu təqdim ediblər




Dünya futbolunun ulduzları Moskvada “DÇ-2018”in rəsmi topunu təqdim ediblər.

Təntənəli mərasimdə “Barselona”nın və Argentina yığmasının hücumçusu Lionel Messi, “Real”ın baş məşqçisi Zinəddin Zidan, “Milan”ın və Braziliya yığmasının sabiq yarımmüdafiəçisi Kaka, “Yuventus”un və İtaliya yığmasının sabiq forvardı Alessandro Del Pyero, “Real”ın və İspaniya yığmasının sabiq yarımmüdafiəçisi Xabi Alonso iştirak ediblər.

Almaniyanın “Adidas” şirkəti tərəfindən hazırlanmış top “Telstar 18” adlanır.

Dünya çempionatının matçları 2018-ci il iyunun 14-dən iyulun 15-dək Moskva, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Samara, Volqoqrad, Yekaterinburq, Kalininqrad, Soçi, Rostov-Don və Saransk şəhərlərində keçiriləcək.

Azərtac.az


Facebook-da paylaş

Xəbəri paylaş