Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Canlı idman tariximiz



Azərbaycan Dövlət Pedaqoji Universitetinin fiziki tərbiyə və çağırışaqədər hazırlıq kafedrasının müdiri, professor, sərbəst güləş üzrə respublikanın əməkdar məşqçisi, Ümumittifaq dərəcəli hakim, Milli Olimpiya Akademiyasının üzvü Əli Mehtiyev.

Azərbaycan idmanının tanınmış nümayəndəsi kimi Əli Mehtiyev uzun illər ərzində idmanın aktual problemlərinin tədqiqi ilə məşğul olub.

50-dən çox elmi əsər, 2 metodik əsər, 15 proqram, bir çox metodik, göstəriş, məqalə və tezislərin müəllifidir.

Əli müəllim idman irsimizin bir sıra növlərini, o cümlədən milli idmanın fəlsəfi xüsusiyyətləri ilə bağlı maraqlı fikirlərini tələblərinə məharətlə catdırır.

Dəyərli pedaqoq dərslərini və mülahizələrini elə tənzimləyir ki, tələbələrin yormur. Elmi yaradıcılığını dərsləri ilə daim uğurlu şəkildə birləşdirən Əli Mehtiyev idman sahəsində yüksək ixtisaslı kadrların hazırlanması işində öz bilik və bacarığını əsirgəməyib.

Respublikamızın bir çox rayonlarında Əli müəllimin yetirmələri indi vəzifə sahibləridirlər. Əli müəllim özü kecmiş idmançı olduğu üçün qələbəyə çox meyillidir.

Bir vaxtlar döşək üstündə olan cavan oğlan, indi tanınmış pedaqoqdur. Düz deyiblər, sağlam bədəndə sağlam ruh olar. Pedaqoq kimidə zirvə fəht etməyi bacarır.

Bir çox yazıları tənqidçi mütəxəssislər tərəfindən maraqla qarşılanıb. Əli müəllimə görə, kütləvi informasiya vasitələrində milli idmanımızın təbliği çox olmalıdır.

İdmanda olan adət-ənənələrimizin, yəni milli güləşimizdə olan məsələlər, ciddi araşdırılaraq gələcək nəsilə ötürülməlidir.

O, idman dəyərlərimizin qorunub saxlanması mövzusunda məqalə və çıxışları ilə tələbələrinin yaddaşında qalıb. Əli müəllimin bəlkə də həyatda qorxduğu iki şey var: Biri Allah, biri də əməlləri. Allahdan qorxub əməllərinə sahib çıxdığı üçün əqli, savadı və gücü onu tanınmış bir şəxs edib.

Biz də Əli müəllimə gələcək həyatında uzun ömür cansağlığı, yeni yaradıсılıq uğurları arzu edirik.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi


Facebook-da paylaş

Xəbəri paylaş