"Öz adımı eşidəndə göz yaşlarımı saxlaya bilmədim"
"Qarabağ"ın futbolçusu Vild-Donald Gerrye "Le Nouvelliste" nəşrinə müsahibə verib. O, Ağdam klubundakı çıxışı barədə danışıb.
Haitili oyunçu Çempionlar Liqasında "Çelsi"yə qarşı səfər matçında göz yaşlarını saxlaya bilmədiyini etiraf edib:
"Stemford Bric"də "Çelsi" ilə oyun unudulmaz idi. Etiraf edim ki, stadionda öz adımı eşidəndə göz yaşlarımı saxlaya bilmədim. Bu, həyəcanla bağlı idi. Çempionlar Liqasının qrup mərhələsində çıxış edən ilk haitili futbolçu oldum".
Gerrye Ağdam klubunun istənilən rəqiblə oynamaq gücündə olduğunu söyləyib:
"Əgər biz "Real" və "Barselona" ilə oynamağı hədəfləyiriksə, əvvəlcə "Çelsi", "Roma" kimi komandalarla oynamağı bacarmalıyıq. Bütün oyunlara yüksək motivasiya ilə çıxırıq. Çempionlar Liqasındakı çıxışımızla özümüz haqda xoş fikirlər formalaşdırmaq istəyirik".
Facebook-da paylaş