“Seltik”in baş məşqçisi "Qarabağ"ın ÇL-dəki oyunu haqqında
Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Brendan Rocers Çempionlar Liqasının qrup mərhələsində PSJ-yə 0:5 hesablı məğlubiyyət haqda fikirlərini bildirib.
Britaniya mətbuatının yaydığı xəbərə görə, o, belə ağır məğlubiyyətləri klublar arasındakı səviyyə fərqi ilə əlaqələndirib.
“Büdcəsi yüksək olan klublarla oynamaq asan deyil. Bu cür futbolçularla işləyəndə aradakı böyük fərqi görürsən. PSJ kimi klubla bizim komandanın oyunçuları arasında səviyyə fərqi çox yüksəkdir. PSJ-nin ən ucuz futbolçusunun 40 milyon avro transfer qiyməti var. Bu həftə Çempionlar Liqasında “Çelsi”yə 0:6 hesabı ilə uduzan “Qarabağ”a da baxın. Onları kimsə günahlandıra bilməz. Belə komandalarda 1-2 yüksək səviyyəli futbolçu olur və digərləri də onların üzərindən oynayır. Amma bu da hər zaman yaxşı alınmır”.
Facebook-da paylaş