Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Mən Qvardiolaya yox, kluba razılıq vermədim”



“Ötən mövsüm başa çatanda fikrim “Monako”da qalmaq idi. Ağlımdan başqa şey keçmirdi”. Bu sözləri Fransa yığmasının futbolçusu Kilian Mbappe deyib.

İcarə əsasında PSJ-yə keçən 18 yaşlı hücumçu “L'Equipe” nəşrinə maraqlı açıqlama verib.

O, “Monako”da qalmamağı və xidmətində maraqlı olan “Mançester Siti”yə keçməməyi haqda danışıb: “Bir neçə məşqçi ilə görüşəndən sonra başa düşdüm ki, mənim yerim “Monako”du. Dedim ki, klub xahişimi yerinə yetirsə, başqa yerə getməyəcəm. Bundan sonra nəsə baş verdi və fikrim dəyişdi. “Mançester Siti”yə niyə keçmədim? Onu deyim ki, mən Pep Qvardiolaya yox, kluba razılıq vermədim. Qvardiola ilə danışığımız oldu, öz taktikası, məni hansı mövqedə oynatmaq istəyi ilə bağlı söhbətləşdik. O, futbolu əla bilən məşqçidi. Qvardiola əsl qalibdi və bu ruhu komandasına da ötürür. Mən futbol haqda danışan məşqçiləri bəyənirəm. Bu mənada, Qvardiola Unai Emeriyə bənzəyir. Ancaq başqa səbəblərdən “Mançester Siti”yə keçməməyə qərar verdim. Hamı məndən “Monako”dan gedişimin səbəbini soruşur. Vaxtı gələndə açıqlayacam”.

Qeyd edək ki, “Monako”nu yetirməsi olan Kilian Mbappe bu komandanın heyətində 60 oyunda 27 qola imza atıb. (Apasport)


Facebook-da paylaş

Xəbəri paylaş