Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Uels millisinin baş məşqçisi: "Daha çox azarkeşin olmasını istəyirəm"




"Matça yaxşı başladıq. Qol vurduğumuza görə sevinirəm və göstərdikləri oyuna görə futbolçulara minnətdaram".

Bu fikirləri Uels millisinin baş məşqçisi Robert Peyc Bakıda İsveçrə yığması ilə 1:1 hesablı heç-heçə etdikləri Avropa çempionatının qrup mərhələsinin oyunu barədə danışarkən deyib.

Mütəxəssis Bakı Olimpiya Stadionunda istədikləri qədər azarkeş görmədiklərini bildirib: "Ancaq onların himni oxuduğunu eşitdim. Biz qol vuranda da fanatlar əla idilər. Təbii ki, daha çox azarkeşin stadionda olmasını istəyirəm".

Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək (Report).


Facebook-da paylaş

Xəbəri paylaş