Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Futbol üzrə Avropa çempionatının dörd oyununa ev sahibliyi edəcək Bakıda personajların keçidi olub



BrendSport.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunan mərasimdə Türkiyə, İsveçrə və Uels yığmalarını təmsil edən rəqqaslar, musiqiçilər, maskotlar və azarkeşlər iştirak ediblər.

Keçidin məqsədi Avropa çempionatının Bakıda keçiriləcək oyunlarının təbliğidir. İyunun 8-dən 20-dək davam edəcək mərasim hər gün Bakının müxtəlif məntəqələrində təşkil olunacaq.

Keçid həm piyada, həm də avtobuslarla gəzintidən ibarətdir. Mərasimdə ümumilikdə 47 personaj iştirak edir. Bakıdakı oyunlarda iştirak edəcək hər ölkə 4 musiqiçi, 2 maskot, 3 rəqqas və s. ilə təmsil olunur.

Qeyd edək ki, Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Bakı Olimpiya Stadionu A qrupu çərçivəsində keçiriləcək İsveçrə - Uels (12 iyun), Türkiyə - Uels (16 noyabr) və Türkiyə - İsveçrə (20 iyun) qarşılaşmalarına, eləcə də dörddəbir final mərhələsinin bir oyununa (3 iyul) ev sahibliyi edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş