Türkiyə millisinin “Avro-2020”də çıxış edəcəyi formalar ictimaiyyətə təqdim olunub
Türkiyə millisinin “Avro-2020”də çıxış edəcəyi formaların şəkilləri ictimaiyyətə təqdim olunub.
BrendSport.az xəbər verir ki, yığma komanda turnirdə ağ və qırmızı rənglərdə olan formalardan istifadə edəcək. Yeni formaların Türkiyə millisinin yarımfinaladək yüksəldiyi “Avro-2008”də geyindiyi formalara bənzədiyi vurğulanıb.
Xatırladaq ki, futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları 12 şəhərdə - Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək. A qrupu çərçivəsində Uels-İsveçrə (13 iyun), Türkiyə-Uels (17 iyun) və İsveçrə-Türkiyə (21 iyun) qarşılaşmaları, eləcə də dörddəbir final mərhələsinin bir görüşü (4 iyul) Bakı Olimpiya Stadionunda oynanılacaq.
Facebook-da paylaş