Sankt-Peterburqda “Avro 2020”nin oyunları zamanı təhlükəsizlik tədbirlərinə 650 milyon rubldan çox vəsait ayrılacaq
2020-ci ildə futbol üzrə Avropa çempionatının Sankt-Peterburqda keçiriləcək oyunları zamanı təhlükəsizlik tədbirlərinə federal büdcədən 650 milyon rubldan çox vəsaitin ayrılması nəzərdə tutulub.
BrendSport.az TASS agentliyinə istinadla xəbər verir ki, çempionatda bir qrupun görüşləri və dörddəbir finalın bir oyunu “Zenit Arena”da keçiriləcək.
Avropa çempionatı 2020-ci il iyunun 12-dən iyulun 12-dək təşkil olunacaq. Turnirin 60 illik yubileyi münasibətilə çempionatın oyunları Avropanın 12 şəhərində təşkil olunacaq.
Bakı da qitə birinciliyinin qrup mərhələsinin üç matçına və dörddəbir finalın bir qarşılaşmasına ev sahibliyi edəcək. İyunun 13-də, 17-də və 21-də A qrupunun üç oyunu, iyulun 4-də isə dörddəbir final mərhələsinin bir görüşü 68,7 min azarkeş tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək.
Bakı və Sankt-Peterburq ilə yanaşı, Buxarest, Budapeşt, Münxen, Amsterdam, Kopenhagen, Roma, Bilbao, Dublin, London və Qlazqo şəhərləri “Avro 2020”nin oyunlarına ev sahibliyi edəcək.
Facebook-da paylaş