“Avro-2020”: İsveçrə yığması Bakıda Uels ilə oyundan əvvəl son məşqini keçirib
BrendSport.az xəbər verir ki, baş məşqçi Vladimir Petkoviçin yetirmələri hazırlıq prosesini “Dalğa Arena”da keçiriblər.
Uels-İsveçrə matçı iyunun 12-də saat 17:00-da başlayacaq.
Bakı Olimpiya Stadionu, həmçinin iyunun 16-da Türkiyə - Uels, dörd gün sonra Türkiyə - İsveçrə, iyulun 3-də isə dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.
Facebook-da paylaş