Vladimir Petkoviç: "Uels yığması daha çox risk edirdi"
"Hesabı açsaq da, şansımızdan istifadə edə bilmədik. Rəqib daha çox riks edirdi".
Bu fikirləri İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç Bakıda Uels yığması ilə 1:1 hesablı heç-heçə etdikləri Avropa çempionatının qrup mərhələsinin oyunu barədə danışarkən deyib.
58 yaşlı mütəxəssis rəqibin çox keyfiyyətli komanda olduğunu bildirib. "Bu matçda qalib gəlmək istəyirdik. Ancaq görüş heç-heçə başa çatdı. Şanslardan istifadə edə bilmədik. Avropa çempionatında zəif rəqib yoxdur. Növbəti matçlarda daha çox xal qazanmağa çalışmalıyıq".
Petkoviç çətin qrupda düşdüklərini sözərinə əlavə edib: "İtaliyaya qarşı növbəti oyunumuzu gözləyirik. Rəqibdən qorxmamalıyıq. Bu, tamamilə fərqli qarşılaşma olacaq".
Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək (Report).
BrendSport.az
Facebook-da paylaş