Əsas Səhifə > Dünya idmanı > Uels millisinin baş məşqçisi: "Daha çox azarkeşin olmasını istəyirəm"

Uels millisinin baş məşqçisi: "Daha çox azarkeşin olmasını istəyirəm"


12-06-2021, 20:34




"Matça yaxşı başladıq. Qol vurduğumuza görə sevinirəm və göstərdikləri oyuna görə futbolçulara minnətdaram".

Bu fikirləri Uels millisinin baş məşqçisi Robert Peyc Bakıda İsveçrə yığması ilə 1:1 hesablı heç-heçə etdikləri Avropa çempionatının qrup mərhələsinin oyunu barədə danışarkən deyib.

Mütəxəssis Bakı Olimpiya Stadionunda istədikləri qədər azarkeş görmədiklərini bildirib: "Ancaq onların himni oxuduğunu eşitdim. Biz qol vuranda da fanatlar əla idilər. Təbii ki, daha çox azarkeşin stadionda olmasını istəyirəm".

Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək (Report).
Geri qayıt