38 yaşlı hücumçunun müqaviləsi uzadıldı
İtaliyanın “Sampdoriya” klubu hücumçusu Fabio Kvalyarella ilə müqaviləni artırıb.
BrendSport.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 38 yaşlı forvard 2022-ci ilin yayına qədər “Sampdoriya”da çıxış edəcək. Əvvəlki müqavilənin müddəti bu yay bitirdi.
Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 2016-cı ildən “Sampdoriya”da oynayır. O, geridə qalan mövsümdə 33 oyunda 13 qol vurub.
Facebook-da paylaş