İkardi "İnter" ilə müqavilə yeniləyir
İtaliyanın “İnter” klubu futbolçusu Mauro İkardi ilə müqaviləni yeniləməyə hazırlaşır.
“Gazetta dello Sport”un yaydığı xəbərə görə, 25 yaşlı hücumçunun yeni müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Milan təmsilçisinin bu həftə kapitanla müqaviləni rəsmən yeniləyəcəyi gözlənilir.
Qeyd edək ki, Argentina millisinin üzvü 2013-cü ildə “Sampdoriya”dan “İnter”ə keçib.
Facebook-da paylaş