Vrsaliko “İnter”də
“İnter” heyətinə yeni oyunçu cəlb edir. Milan klubu xorvatiyalı Şime Vrsalikonun transferini bitirmək üzrədir.
“La Gazetta Dello Sport” iddia edir ki, oyunçu ilə bir illik icarə müqaviləsi imzalanıb.
Bunun qarşılığında “Atletiko” 8 milyon avro qabağa düşəcək. Əgər “neradzurra” futbolçunun tamhüquqlu sahibi olmaq istəsə, əlavə 18 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, Xorvatiya millisi ilə DÇ-2018-də iştirak etmiş sağ cinah müdafiəçisi gümüş medal qazanıb.
Facebook-da paylaş