Salih Uçan yenidən İtaliyada
Türkiyə yığmasının və “Fənərbaxça”nın yarımmüdafiəçisi Salih Uçanın İtaliyanın “Empoli” klubuna transferi rəsmiləşib.
A Seriyası təmsilçisi bir mövsümlük icarəyə götürdüyü 24 yaşlı futbolçunun keçidini rəsmi saytı vasitəsilə açıqlayıb.
Bu barədə “Fənərbaxça”nın rəsmi saytı da məlumat yayıb. Məlumatda bildirilir ki, 2018/19 mövsümünün sonunda Türkiyə klubu ilə müqaviləsinin müddəti bitməli olan Salihlə yeni - 1 illik anlaşma da imzalanıb. Lakin “Empoli” də bu mövsümün sonunda Uçanın transfer hüququna yiyələnə bilər.
Xatırladaq ki, Salih Uçan 2014-2016-cı illər aralığında da “Roma”da icarədə oynayıb. Geridə qalan mövsümdə isə o, İsveçrənin “Sion” klubuna icarəyə verilmişdi.
“Bucaspor”un yetirməsi olan Salih 2012-ci ildən “Fənərbaxça”ya məxsusdu.
Facebook-da paylaş