Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dieqo Kostanın türk klubuna keçidi rəsmiləşir



"Fənərbaxça"nın "Çelsi"dən icarəyə götürmək istədiyini xəbər vermişdik. Trasferlə bağlı yeni detallar üzə çıxıb.

Türkiyə mətbuatının məlumatına görə, ispaniyalı ulduzun meneceri Rikardo Kardoso artıq 3 gündür İstanbuldadı və "Fənərbaxça" rəhbərliyi ilə danışıqlar aparır.

Bildirilir ki, "Çelsi" Dieqo Kostanı bir illik icarəyə verməyə razılıq verib. Futbolçunun meneceri isə klubla müqavilənin maliyyə tərəflərini müzakirə edir. Tərəflərin tezliklə anlaşma əldə edəcəyi deyilir.

Qeyd edək ki, Dieqo Kosta "Çelsi"yə 2014-cü ildə "Atletiko"dan 38 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 50 milyon avroya qiymət qoyub.

Onu da qeyd edək ki, "Çelsi" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən biridi. (Fanat.Az)


Facebook-da paylaş

Xəbəri paylaş