Əsas Səhifə > Dünya idmanı > 38 yaşlı hücumçunun müqaviləsi uzadıldı

38 yaşlı hücumçunun müqaviləsi uzadıldı


2-06-2021, 13:42


İtaliyanın “Sampdoriya” klubu hücumçusu Fabio Kvalyarella ilə müqaviləni artırıb.

BrendSport.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 38 yaşlı forvard 2022-ci ilin yayına qədər “Sampdoriya”da çıxış edəcək. Əvvəlki müqavilənin müddəti bu yay bitirdi.

Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 2016-cı ildən “Sampdoriya”da oynayır. O, geridə qalan mövsümdə 33 oyunda 13 qol vurub.
Geri qayıt