İngilis klublarında transfer günlüyü
"Mançester Siti” futbolçusu Qabriel Jezusla müqaviləni yeniləyib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
21 yaşlı hücumçunun müqaviləsi 2023-cü ilin yayına qədər uzadılıb. Jezusun əvvəlki müqaviləsi 2021-ci ilin iyun ayınadək idi.
Qeyd edək ki, 2016-cı ildən "Mançester Siti”də şıxış edən Jezusla ötən mövsüm Premyer Liqada 29 oyuna 13 qol vurub, 3 məhsuldar ötürmə edib.
***
Alman stopper Şkodran Mustafi isə "Arsenal"dan ayrılacaq. Bu haqda "Daily Mirror" məlumat yayıb. 26 yaşlı futbolçunun ehtiyat oyunçulıar skamyasında qalacağı ehtimalı böyük olduğu üçün komandadan ayrılacağı bildirilib.
"Topçular" futbolçu ilə bağlı icarə deyil, birbaşa transfer təkliflərini qəbul edəcəyi açıqlanıb. İngiltərə mətbuatına görə Mustafinin transfer qiyməti tam 27 milyon avrodu. Yeni baş məşqçi Unai Emerinin futbolçunu əsla heyətdə görmədiyi və göstərilən qiyməti ödəyəcəyi təqdirdə istənilən komandanın onu heyətə dəvət edə biləcəyi bildirilib.
Bu futbolçunu "Qalatasaray" da istəyir. Lakin klub maliyyə "feyr-pley"inə görə bu transferi reallaşdıra bilməz.
***
"Çelsi" də futbolçusu Pedro Rodriqes ilə müqaviləni yeniləyib. Bu barədə klubun rəsmi saytı yayıb. Yeni sözləşmə 2020-ci ilə qədər uzadılıb.
Bununla bağlı danışan Pedro bu klubda xosşbəxt olduğunu və yeni titullar qazanmaq istədiyini bildirib.
Facebook-da paylaş