Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



DÇ-2018: Millimiz son oyununda da məğlub oldu - NƏTİCƏLƏR

Millimiz son oyununda da məğlub oldu

Bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində X tura start verilib. Bu gün C, E və F qrupuna da yekun vurulub.

Milli komandamızın da mübarizə apardığı C qrupunda qalib və ikinci yerin sahibi bəlli olduğu üçün son oyunlar formal xarakter daşıyıb. Yığmamız Almaniya, Çexiya San Marino, Norveç isə Şimali İrlandiya ilə qarşılaşıb.
Yığmamız ilk hissəsini başabaş oynasa da, ikinci hissədə Almaniya oyuna ağırlığını qoydu və meydanı 5:1 hesabı ilə qalibiyyətlə başa vurdu.

E qrupunda isə hər şey son turda bəlli olacaq. Polşa mundiala birbaşa yollanmaq istəyirdisə, evdə Monteneqrodan üstün olmalı idi. Danimarka isə birincilik üçün Rumıniyanı yenib polyakların məğlubiyyətini gözləməliydi. Monteneqro isə liderlikdən əlini üzsə də, pley-offlarda mübarizə aparmaq üçün Polşaya qalib gəlməli və Danimarkanın uduzmağını arzulamalı idi.

F qrupunda da isə son tur ikinci yerin sahibini müəyyən edəcəkdi. Lider İngiltərə Litva səfərinə yollanıb. Slovakiya Maltaya qalib gəlib Şotlandiyanın Sloveniyaya məğlub olmasını arzulayacaqdı ki, ikinci pilləni ələ keçirsin. Sloveniya isə öz növbəsində eyni hədəf üçün Şotlandiyanı xalsız qoyub Maltadan möcüzə gözləyəcəkdi.

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası

X tur, 8 oktyabr

C qrupu


Çexiya - San-Marino - 5:0
Qollar: Krmençik, 8, 23, Kopiç, 27, Novak, 71, Kadleç, 83

Norveç - Şimali İrlandiya - 1:0
Qol: Brunt, 71 (öz qapısına)

Almaniya - Azərbaycan - 5:1
Qollar: Qoretzka, 9, 66, Vaqner, 55, Rüdiger, 64, Emre Can, 81 - Ramil Şeydayev, 34

E qrupu

Danimarka – Rumıniya - 1:1
Qollar: Eriksen, 59 (pen.) - Deak, 88

Polşa - Monteneqro - 4:2
Qollar: Maçinski, 6, Qrosiçki, 16, Levandovski, 85, Stoykociç, 87 (öz qapısına) - Muqosa, 78, Tomaşeviç, 83

Qazaxıstan - Ermənistan - 1:1
Qollar: Turisbek, 62 - Mxitaryan, 26

F qrupu

Slovakiya – Malta - 3:0
Qollar: Nemec, 33, 62, Duda, 69

Litva - İngiltərə - 0:1
Qol: Keyn, 27 (pen.)

Sloveniya - Şotlandiya - 2:2
Qollar: Bezyak, 52, 72 - Qriffits, 32, Snodqrass, 88


Facebook-da paylaş

Xəbəri paylaş