Paris-2024: Novak Cokoviç 1/4 final mərhələsinə vəsiqə qazanıb
Serbiyalı məşhur tennisçi Novak Cokoviç Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ikinci oyununu keçirib.
BrendSport.az xəbər verir ki, 37 yaşlı təcrübəli idmançı 1/8 final mərhələsində Almaniya təmsilçisi Dominik Kyopferlə üz-üzə gəlib.
Qarşılaşma Cokoviçin qələbəsi ilə bitib - 2:0 (7:5, 6:3). O, 1/4 finalda yunanıstanlı Stefanos Tsitsipasla görüşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Facebook-da paylaş