Əsas Səhifə > Dünya idmanı > Paris-2024: Novak Cokoviç 1/4 final mərhələsinə vəsiqə qazanıb

Paris-2024: Novak Cokoviç 1/4 final mərhələsinə vəsiqə qazanıb


31-07-2024, 16:29


Serbiyalı məşhur tennisçi Novak Cokoviç Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ikinci oyununu keçirib.

BrendSport.az
xəbər verir ki, 37 yaşlı təcrübəli idmançı 1/8 final mərhələsində Almaniya təmsilçisi Dominik Kyopferlə üz-üzə gəlib.

Qarşılaşma Cokoviçin qələbəsi ilə bitib - 2:0 (7:5, 6:3). O, 1/4 finalda yunanıstanlı Stefanos Tsitsipasla görüşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Geri qayıt