Novak Cokoviç Paris Olimpiadasını buraxa bilər
Serbiyalı məşhur tennisçi Novak Cokoviç "Uimbldon" turnirini buraxacaq.
BrendSport.az xəbər verir ki, buna 37 yaşlı idmançının “Rolan Qarros” yarışının 1/8 final mərhələsində dizindən zədələnməsi səbəb olub.
Yaxın günlərdə əməliyyat olunacaq tennisçinin “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirakı da sual altındadır.
Qeyd edək ki, “Uimbldon” turniri iyulun 1-14-də təşkil olunacaq.
Facebook-da paylaş