Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Serbiya məşhur tennisçi Novak Cokoviçə görə Avstraliyaya nota verib

Serbiya məşhur tennisçi Novak Cokoviçə görə Avstraliyaya nota verib

Serbiyalı tennisçi, dünyanın bir nömrəli raketka ustası Novak Cokoviçin Avstraliyaya giriş vizasının ləğv olunması ilə bağlı yaranan qalmaqala görə Avstraliyanın bu ölkədəki səfiri Deniel Emeri Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.
BrendSport.az xəbər verir ki, notada N.Cokoviçin karantin rejimində saxlanıldığı hoteldəki şəraitdən narazılıq ifadə edilib. Serbiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Nemanya Staroviç N.Cokoviçin Avstraliyaya giriş vizasının ləğv edilməsi ilə bağlı bu ölkədə keçiriləcək məhkəmə prosesinədək idmançının yaşayış şəraitinin yaxşılaşdırılacağına ümid etdiyini bildirib.
N.Cokoviç Avstraliya açıq çempionatında iştirak etmək üçün Melburna gəlib və bu ölkənin sərhəd xidməti tərəfindən aeroportda saxlanılıb. Buna N.Cokoviçin peyvənd edilməmək üçün tibbi icazə barədə müvafiq sənədi xidmətə təqdim edə bilməməsi səbəb olub. Serbiyalı tennisçinin ləğv edilən vizası bərpa olunmayacağı təqdirdə onun Avstraliyaya girişinə 3 il müddətinə qadağa qoyulacaq.
Qeyd edək ki, 34 yaşlı tennisçi “Böyük dəbilqə” turnirlərində 20 qələbə qazanıb. O, 9 dəfə “Australian Open”, 6 dəfə “Uimbldon”, 3 dəfə ABŞ açıq, 2 dəfə “Roland Qarros” turnirinin qalibi olub. Onun Peşəkar Tennisçilər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən turnirlərdə ümumilikdə 86 qələbəsi var. N.Cokoviç həm də Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.


Facebook-da paylaş

Xəbəri paylaş