Serbiyalı tennisçi Novak Cokoviç yeni reytinq cədvəlində liderliyini qoruyub
Peşəkar Tennisçilər Assosiasiyası (ATP) ötən həftə keçirilən turnirlərin nəticəsini nəzərə alaraq, yeni reytinq cədvəlini açıqlayıb.
BrendSport.az xəbər verir ki, serbiyalı raketka ustası Novak Cokoviçin liderlik etdiyi cədvəlin “Top-10”unda dəyişiklik olmayıb. Metse turnirinin qalibi olan polşalı Xubert Xurkaç yeni cədvəldə yalnız bir pillə irəliləməklə 12-ci olub. Nur-Sultan turnirini udan koreyalı Sun Vu Kvon isə 82-ci pillədən 57-ci yerə yüksəlib.
Cədvəldə “Top-10”a gəlincə, hesabında 12133 xalı olan Novak Cokoviç yenə də liderliyini qoruyub. Rusiyalı Daniil Medvedevin (10575 xal) ikinci yeri tutduğu cədvəldə ilk üçlüyü yunanıstanlı Stefanos Tsitsipas (8350 xal) tamamlayıb.
“Top-10”da yer alan almaniyalı Aleksandr Zverev (7760) dördüncü, Rusiya təmsilçisi Andrey Rublev (6130) beşinci, dünyanın sabiq bir nömrəlisi Rafael Nadal (İspaniya, 5815) isə altıncı yeri tutub.
İlk onluğu Natteo Berrettini (İtaliya, 5173), Dominik Tim (Avstriya, 4995), “Tennis kralı” Roje Federer (İsveçrə, 3765) və Kasper Ruud (Norveş, 3440) tamamlayıblar.
Facebook-da paylaş