Səudiyyə Ərəbistanı DÇ-2030-un ev sahibliyindən imtina edib
Səudiyyə Ərəbistanı 2030-cu ildə keçiriləcək dünya çempionatının ev sahibliyindən imtina edib.
BrendSport.az xəbər verir k, ərəb ölkəsi DÇ-2030-u Yunanıstan və Misirlə birgə qəbul etmək fikrindən vaz keçib.
Asiyalılar bunun üçün FIFA-ya ərizə təqdim etməli idilər. Lakin Səudiyyə Ərəbistanının xarici işlər naziri tərəfdaşlara geri çəkildiklərini bildirib. O, əsas rəqibləri hesab olunan İspaniya, Portuqaliya və Mərakeşi üstələməyin qeyri-mümkün olduğunu vurğulayıb.
Həmçinin, Argentina, Uruqvay, Paraqvay və Çili də DÇ-2030 üçün birgə müraciətə hazırlaşırlar.
Facebook-da paylaş