Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dörd ölkə 2028-ci və 2030-cu il futbol üzrə dünya çempionatlarını birgə təşkil etmək niyyətindədir



BrendSport.az xəbər verir ki, Rumıniyanın idman və gənclər naziri Boqdan Matei Yunanıstanın Saloniki şəhərində Bolqarıstan, Yunanıstan və Serbiyadan olan həmkarları ilə görüşüb.

Görüşdə 2028-ci və 2030-cu il futbol üzrə dünya çempionatlarında dörd ölkənin bir namizədliyi və bunun təşkili üçün xüsusi komitənin yaradılması barədə memorandum imzalanıb. Komitənin birinci görüşünün iyunun 14-15-də keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda, görüşdə Rumıniyanın Futbol federasiyasının prezidenti Rızvan Burleanu FIFA və UEFA tərəfindən irəli sürülən tələblər barədə ətraflı məlumat verib.



AZƏRTAC


Facebook-da paylaş

Xəbəri paylaş