Əsas Səhifə > Dünya idmanı > Dörd ölkə 2028-ci və 2030-cu il futbol üzrə dünya çempionatlarını birgə təşkil etmək niyyətindədir

Dörd ölkə 2028-ci və 2030-cu il futbol üzrə dünya çempionatlarını birgə təşkil etmək niyyətindədir


17-04-2019, 10:13


BrendSport.az xəbər verir ki, Rumıniyanın idman və gənclər naziri Boqdan Matei Yunanıstanın Saloniki şəhərində Bolqarıstan, Yunanıstan və Serbiyadan olan həmkarları ilə görüşüb.

Görüşdə 2028-ci və 2030-cu il futbol üzrə dünya çempionatlarında dörd ölkənin bir namizədliyi və bunun təşkili üçün xüsusi komitənin yaradılması barədə memorandum imzalanıb. Komitənin birinci görüşünün iyunun 14-15-də keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda, görüşdə Rumıniyanın Futbol federasiyasının prezidenti Rızvan Burleanu FIFA və UEFA tərəfindən irəli sürülən tələblər barədə ətraflı məlumat verib.



AZƏRTAC
Geri qayıt