Lionel Messi Səudiyyə Ərəbistanı klubuna keçməkdən imtina edib
Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçməkdən imtina edib.
BrendSport.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. "Əl-Hilal" PSJ-nin hücumçusuna illik 400 milyon avrodan yuxarı maaşla müqavilə təklif edib. Lakin argentinalı forvard bu təklifi qəbul etməyib.
Hücumçu ilə onun sabiq klubu "Barselona" da danışıqlar aparır.
Qeyd edək ki, Messinin Paris klubu ilə müqaviləsi bu mövsümün sonunda başa çatır.
Facebook-da paylaş