Messi yekun qərarını verdi
Bu mövsümün sonunda PSJ klubu ilə müqaviləsi bitən Lionel Messi gələcəyi ilə bağlı qərarını verib.
BrendSport.az "TYC Sport"a istinadla xəbər verir ki, 35 yaşlı hücumçu Paris təmsilçisində qalacaq. Təcrübəli futbolçu Fransa klubunda davam etmək istəyir.
Argentinalı ulduzla PSJ rəhbərliyi arasında yaxın günlərdə yeni sözləşmə ilə bağlı danışıqlar baş tutacaq.
Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayından PSJ-də çıxış edir.
Facebook-da paylaş