KİV: “Messi və “PSJ” yeni müqavilənin şərtlərini müzakirə edirlər”
Argentinalı Lionel Messi və Fransanın PSJ klubu yeni müqavilənin şərtlərini müzakirə edirlər.
BrendSport.az xəbər verir ki, bu barədə “Sport.es” nəşri yazıb.
Bildirilib ki, müqavilə bir mövsüm və ya yenilənmə imkanlı bir mövsüm üçün uzadıla bilər. Son qərarı argentinalı verəcək.
Qeyd olunub ki, tezliklə Messi ilə klub arasında son görüş baş tutmalıdır.
Xatırladaq ki, Lionel Messi 2021-ci ilin yay transfer pəncərəsində “Barselona”dan “PSJ”yə keçib. Onun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır. Bu mövsüm hücumçu Fransa çempionatının 18 oyununda on qol vurub və on məhsuldar ötürmə edib.
Facebook-da paylaş