Səudiyyə Ərəbistanı Formula 1-i almaq ehtimalını təkzib edib
2023-cü ilin əvvəlində Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu tərəfindən Formula 1-i “Liberty Media”dan almaq üçün müraciət etməsi barədə xəbərlər yayılıb.
BrendSport.az xəbər verir ki, seriya sahibləri və onun iştirakçıları arasında müzakirələr, Beynəlxalq Avtomobil Federasiyası (FIA) ilə qalmaqallar heç nə ilə nəticələnmədi, yekunda Səudiyyə Ərəbistanı jurnalistlərin yazdığı bu planlardan yaxasını qurtardı.
Səudiyyə Ərəbistanının idman naziri şahzadə Əbdüləziz bin Turki Əl-Faysal “TZ” nəşrinə deyib: “Mən bu barədə ancaq xəbərlərdə oxuduğum qədər bilirəm. Hesab edirəm ki, bunlar sadəcə uydurmadır. Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu ilə Formula 1-in rəsmi şəxsləri arasında heç vaxt heç bir ciddi danışıqlar aparılmayıb. Bu şayiələr çox səs-küyə səbəb oldu”.
Xatırladaq ki, “Liberty Media” Formula 1-i 2016-cı ildə 4,4 milyard dollara alıb və bu illər ərzində bir sıra təşəbbüslər, o cümlədən yeni və nisbətən gənc auditoriyanın cəlb edilməsinə idman yanaşmasının modernləşdirilməsi təşəbbüsünü irəli sürüb. Çempionat indiki sahiblərinə kommersiya hüquqları ötürüldükdən sonra sürətli inkişaf yoluna qədəm qoyub.
Facebook-da paylaş