Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yaponiya və BOK 2030-cu ildə Qış Olimpiya Oyunlarının Sapporoda təşkili barədə müzakirələr aparıb

Yaponiya və BOK 2030-cu ildə Qış Olimpiya Oyunlarının Sapporoda təşkili barədə müzakirələr aparıb


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) nümayəndələri və Yaponiyadan olan məmurlar 2030-cu ildə Qış Olimpiya Oyunlarının Sapporoda təşkili barədə qeyri-rəsmi müzakirələr aparıblar.
BrendSport.az xəbər verir ki, bu barədə yanvarın 3-də Kyodo agentliyi hökumətdəki mənbələri istinadla məlumat yayıb.
Son vaxtlar BOK Olimpiadaların təşkili ilə bağlı maliyyə çətinlikləri ilə qarşılaşması səbəbindən lazımi infrastrukturun mövcudluğuna və əhalinin dəstəyinə xüsusi diqqət yetirir. 2030-cu il Qış Olimpiya Oyunlarının təşkili barədə qərarın cari ildə qəbul edilməsi nəzərdə tutulur.
Hokkaydo prefekturasının paytaxtı Sapporo şəhəri artıq bir dəfə, 1972-ci ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi edib və burada lazımi infrastruktur mövcuddur. Bununla yanaşı, şəhər rəhbərliyi cari ilin martında yeni Olimpiya Oyunlarının təşkili ilə bağlı əhalinin rəyini öyrənmək üçün sorğu keçirmək niyyətindədir. İlkin hesablamalara görə, Sapporoda Olimpiya Oyunlarının təşkilinə təqribən 2,4-2,6 milyard dollar vəsait lazımdır.
Qeyd edək ki, 2022-ci ildə Qış Olimpiya Oyunları Pekində (Çin), 2026-cı ildə Milan və Kortina-d'Ampetstsoda (İtaliya) keçiriləcək. 2030-cu ildə isə Qış Olimpiadasını qəbul etmək üçün Kanadanın Vankuver və ABŞ-ın Solt-Leyk-Siti şəhərlərinin artıq müraciət etdiyi bildirilir.


Facebook-da paylaş

Xəbəri paylaş