Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Niyə ölkə futbolunun dəyərini artırmaq üçün işlər görmürük"



“Ötən mövsüm "Milan" və "Yuventus" komandaları arasında İtaliya Superkubokunun finalı Dohada keçirilib. Biz niyə Azərbaycanda, Doha oynamırıq? Türkiyədə futbolun səviyyəsi çox yetərsizdir. Niyə ölkə futbolunun dəyərini artırmaq üçün işlər görmürük".

Türkiyə mətbutının yaydığı xəbərə görə, bunu “Tivibu Spor”da yayımlanan “Orta Nokta Özel” proqramının qonağı olan “Beşiktaş”ın prezidenti Fikret Orman Türkiyə Superkubokunun oyunun ölkə xaricində keçirilmə variantına münasibət bildirərkən deyib.

O bildirib ki, Türkiyə futbolunun dəyərini yüksəltmək üçün yetərli işlər görülmür: "İtaliya və ya İspaniya bu istiqamətdə çalışırsa, biz niyə etmirik? Tanzaniyaya getsən, "Mançester Yunayted"in oyununu izləyə bilərsən. Marka dəyəri bu cür olur. Türkiyədəki matçlar izlənə bilinirmi? Türkiyədə öz vətəndaşlarını stadiona gətirə bilmirsənsə, başqalarını necə gətirəcəksən? Səviyyəni yüksəltmək lazımdır, səviyyəni!".


Facebook-da paylaş

Xəbəri paylaş