Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA "PSG"ni yoxlayır



UEFA Fransanın "PSG" klubunun bu yay həyata keçirdiyi səs-küylü transferlərlə əlaqədar araşdırmaya başlayıb.

Bu barədə qitə futbol qurumunun rəsmi saytında məlumat yayılıb. Qeyd olunur ki, Paris klubu maliyyə feyr-pley qaydalarını pozmaqda şübhəli bilinir. UEFA "PSG"nin bütün gəlir və xərcləri ilə bağlı sənədlərin yoxlanılacağını bəyan edib.

Qeyd edək ki, bu yay İspaniyanın "Barcelona” klubundan rekord məbləğə - 222 milyon avroya braziliyalı Neymarı transfer edən "PSG" daha sonra “Monaco”dan Kilian Mbappeni icarə əsasında heyətinə qatdı. Bu isə dünya futbolunda birmənalı qarşılanmadı.

Bir neçə gün öncə UEFA prezidenti Aleksandr Çeferin maliyyə feyr-pleyinə əməl etməyən klubların sərt cəzalandırılacağını açıqlamışdı.


Facebook-da paylaş

Xəbəri paylaş