"Spartak" heyətini gücləndirir
Rusiya çempionu olmaqla 16 ildən sonra Çempionlar Liqasına qayıdan "Spartak" heyətini gücləndirib. "Qırmızı ağlar" brazilialı Pedro Roşanın transferini həll edib. 22 yaşlı forvard 5 il müddətinə Moskva klubunun şərəfini qoruyacaq. Onun çıxış etdiyi "Gremio" danışıqların uğurla yekunlaşması ilə bağlı rəsmi açıqlama verib. Porto-Aleqre təmsilçisi Roşanın transferindən 12 milyon avro qazanacaq.
Bu mövsüm Braziliya çempionatında çıxdığı 15 oyunda 3 qol vuran futbolçunun aktivində 2 məhsuldar ötürmə də var. (Goal.az)
Facebook-da paylaş