Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: Sponsorluq, cərimələr və tamaşaçı rekordu



Azərbaycanın Premyer Liqasında avqust ayının sonundakı cədvəlin üst sətrində Zirə klubu qərarlaşıb. Onun ardınca, eynilə 9 xala sahib, Qarabağ klubu gəlir.

May ayında başlayan turnirin liderlər üçlüyünü Qəbələ tamamlayır. Onu birinci və ikinci yerin sahiblərindən 3 xal ayırır.

İki-üç ildir ki, stabil nəticə göstərən Zirə klubunun başda olması sürpriz deyil. Bu klub Avropa Liqasının birinci mərhələsinə çıxmaqla öz potensialını nümayiş etdirmişdi, futbol üzrə icmalçı, futbolpress.az saytının baş redaktoru deyir.

BBC Azərbaycancaya danışan Elçin Cəlilov bu mövsümdə məşqçilərin fəaliyyətinə də diqqət yetirir.

Bu səpkidə o, 2-3 ildir ki, Sumqayıt klubunun göstərdiyi sabit nəticələrə görə məşqçi Famil Abbasovun zəhmətinin müsbət rəylər cəlb etdiyini bildirir. Onun sözlərinə görə, 3 xalla Sumqayıtdan sonra 6-cı yeri tutan Səbail klubunun oyununda da bir çox uğurlar məhz məşqçi Samir Əliyevlə əlaqələndirilə bilər.

"Klub ilk dəfədir ki, Premyer Liqada çıxış edir. Onun inkişafını izləmək maraqlıdır. Cəmi 3 ildir ki, yaradılıb".

Bu arada çempionatda hər şeyin necə dəyişə biləcəyini görmək istəyənlər yəqin ki, Neftçiyə nəzər salmalıdır.

Ən çox titullara malik olan Azərbaycan klubunun azarkeşləri, turnir cədvəlinin ilk sətirlərinə iddialarını hələ ki, gerçəkləşdirə bilməyib. Neftçi ötən ilki turniri hətta sondan ikinci yerdə başa vurub. Bu, son 25 il ərzində komandanın ən zəif nəticəsi olub.

Tarixi paralellər

Neftçi bu il də 8 komanda arasında hələ ki, 7-ci yerdə qərarlaşıb.

Lakin bəzi mütəxəssislərin fikrincə Bakı klubu ötən ilki uğursuzluqlardan lazımi nəticələr çıxarıb. Neftçinin zəif çıxışı vəzifədə heç bir il də qalmamış baş məşqçi Elxan Abdullayevin istefası ilə nəticələnmişdir.

Yeri gəlmişkən "ağ-qaralar" hazırda Sumqayıtla görüşə hazırlaşırlar. "Axşam məşqi İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmalıdır, Apasport.az saytı xəbər verir.

"Hazırlıq prosesləri hələlik baş məşqçi əvəzi Elşad Əhmədovun rəhbərliyi altında keçir",

Elçin Cəlilov hesab edir ki, "yeni məşqçi və struktur dəyişikliyi klubun gələcəyinə dair ümidlər yaradır".

Onilliklər ərzində Neftçinin ən yaxın rəqibi - Kəpəzin 8-ci yeri bu mövsümdə klubun nə kimi çətinliklərlə üzləşməsindən xəbər verir.

Sponsor və maliyyələşmə

Vaxtilə futbol üçün dəyərli kadrlar yetişdirən gəncəlilər üçün hazırda həm kadr həm də maliyyə qıtlığı yad məsələ deyil. Bu da ki, Premyer Liqada sponsor məsələsinin əhəmiyyətini qabarıq şəkildə bir daha sərgiləyir.

"Sponsor çatışmazlığı əsas amildir. Futbol gəlir gətirmir. Sistematik maliyyələşən klublar daha yaxşı nəticə göstərir", - deyən Elçin Cəlilov Qarabağı misal çəkir.

"Bu il Çempionlar Liqasının bütün qonorarları hesaba alınarsa o, 15-16 milyondan artıq avro qazanıb".

Bu baxımdan sponsoru Azərbaycan Beynəlxalq Bank olan İnter klubunun durumu da maraqlıdır. Bankın zəifləməsi klubun çıxışlarına da nəticəsiz ötüşməyib. Hazırda 3 xala sahib olan İnter cədvəlin orta - 4-ü sətrində qərarlaşıb.

Lakin liqanın oyunları hələ ki, 3 aydır ki, gedir və may ayında bitən çempionatda qüvvələr nisbəti hələ bir neçə dəfə dəyişə bilər.

"Adətən ortabab komandalar üst yerlərə yaxın olur. Lakin daha güclü klublar onları çox vaxt gəlib keçir", - Elçin Cəlilov deyir.

Tamaşaçı rekordu

Premyer Liqada mövsümün rekordu qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, 3-cü tur ən çox tamaşaçı toplaması ilə diqqət çəkib.

Avqustun 25-26-da keçirilən 4 qarşılaşmanı ümumilikdə 8100 seyrçi izləyib. Bu, əvvəlki iki turla müqayisədə rekord göstəricidir.

Cərimələr

AFFA avqustun 29-da İntizam Komitəsinin iclasını keçirərək bir neçə klubu cərimələyib.

Bu arada bəzi təhlilçi bu praktikadan imtina etməyə səsləyir.

Onlardan biri də azerifootball.com saytının icmalçısı Erkin İbrahimovdur.

"Cərimələr həmişə və hər yerdə var və olub. Xüsusilə də azarkeşlərin davranışı ilə bağlı. Bununla razılaşıram. Lakin sarı vərəqələrə görə komandadan pul cəriməsi almaq suallar doğurur. Sovet praktikasında belə şey olub. O, bəzi yerlərdə qala bilər. Klublarda oyunçuların cərimələnməsi özü-özlüyündə bir töhmətdir - üstəlik belə klubdan cərimə pulu almağa heç ehtiyac yoxdur", - Erkin İbrahimov deyir.

"UEFA-nın reqlamentində belə bir şey yoxdu". (Milli.Az)


Facebook-da paylaş

Xəbəri paylaş