Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənclər və İdman Nazirliyində Türkiyə Milliyətçi Həkimlər Dərnəyinin rəhbərliyi ilə görüş olub



Bu gün Gənclər və İdman Nazirliyində nazir müavini İntiqam Babayev Türkiyə Milliyətçi Həkimlər Dərnəyinin sədri Op. Dr. Semih Uşaklıoglu, idarə heyətinin üzvləri Prof. Dr. Enver Özdəmir, Dr. Yavuzhan Baş, Dr. Halit Gökalp Küçük və Dr. Ceren Tunay və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənliylə görüşüblər.

BrendSport.az
saytı xəbər verir ki, Qonaqları salamlayan İntiqam Babayev dərnəyin ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirib və 44 günlük Vətən müharibəsində dərnəyə üzv olan 200-dən çox tibb işçilərinin könüllü şəkildə Azırbaycana gəlmək üçün müraciət etməsini təqdirəlayiq addım olduğunu bildirib.
Eyni zamanda görüş zamanı qonaqlar bildiriblər ki, artıq 6 ildir dərnəyə üzv olan qardaş ölkənin tibb işçiləri öz qurbanlarını Qarabağ bölgəsində kəsir. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi İctimai Birliyi vasitəsilə, Qurban bayramı münasibətilə bu sovqatlar Qarabağdan məcburi köçkün düşən qaçqınlara, şəhid ailələrinə, döyüşlərdə sağlamlığını itirənlərə paylanılır.
İ.Babayev qonaqlara pandemiya dövründə gənclər siyasəti sahəsində görülən işlər barədə də məlumat verib.
Görüşdə dərnəklə ölkəmiz arasında əməkdaşlıq sahəsində fikir mübadiləsi aparıldı və sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.













Facebook-da paylaş

Xəbəri paylaş