Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənclər və idman nazirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb



BrendSport.az xəbər verir ki, Bu gün gənclər və idman nazirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb. Anım tədbirində nazir müavinləri İntiqam Babayev, İsmayıl İsmayılov, Fərhad Hacıyev, nazirliyin kollektivi, gənclər təşkilatları və bir sıra rəsmilər iştirak ediblər.
İlk olaraq 20 Yanvar faciəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra, 20 Yanvar faciəsi ilə bağlı film nümayiş olunub.
Çıxış edən natiqlər 20 Yanvar hadisəsinin xalqımızın qəhrəmanlıqlarla zəngin olan tarixindəki rolundan danışıb, o günün şərəf və ucalıq rəmzi olduğunu bildiriblər.
Çıxışçılar tərəfindən 1990-cı ilin 20 Yanvarında baş verən faciəvi hadisələrə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyi diqqətə çatdırılıb.


Facebook-da paylaş

Xəbəri paylaş