“Silinməz qan yaddaşı” devizi altında anım tədbiri keçirilmişdir
Salyan rayonunda 20 Yanvar faciəsinin 29-cu il dönümünə həsr edilmiş “Silinməz qan yaddaşı” devizi altında anım tədbiri keçirilmişdir.
BrendSport.az xəbəb verir ki, 11 yanvar 2019- cu il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Salyan rayon 2 saylı tam orta məktəbin akt zalında Salyan rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi tərəfindən razılaşdırılmış və Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən təsdiq edilmiş iş və tədbirlər planına əsasən Yanvar faciəsinin 29-cu il dönümünə həsr edilmiş “Silinməz qan yaddaşı” devizi altında anım tədbiri keçirilmişdir. İlk olaraq 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Əlişir Əliyev bildirdi ki, 20 Yanvar yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq salnaməsi kimi həkk olundu. Ulu öndər faciə törədiləndən bir gün sonra yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi, dünyanın bütün kütləvi informasiya vasitələrinin nümayəndələri qarşısında SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı kəskin pislədi, bunu insanlığa, humanizmə sığışmayan hərəkət kimi qiymətləndirdi. 20 Yanvar faciəsinə ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə siyasi-hüquqi qiymət verilmişdir.
Eyni zamanda, tədbirdə çıxış edən Salyan şəhər 2 saylı tam orta məktəbin tarix müəlliməsi Aynur Hüseynova qeyd etdi ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin qurbanları da daxil olmaqla bütün şəhid ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısı ölkədə həyata keçirilən siyasətin mühüm tərkib hissəsini təşkil edir.
Salyan şəhər 2 saylı tam orta məktəbin ədəbiyyat müəlliməsi Aygün Əzizova çıxışında qeyd ki, 20 Yanvar faciəsi hər bir azərbaycanlının qəlbində silinməyən iz buraxmalıdır. Bu soyqırımdan hər bir azərbaycanlı bu gün də, sabah da, uzaq gələcəkdə də özünə ibrət dərsi götürməlidir.
Salyan şəhər 2 saylı tam orta məktəbin tarix müəlliməsi Aygün Məmmədova çıxış edərək bildirdi ki, İstiqlal tariximizin şərəfli səhifəsi olan 20 Yanvar Günü Tanklar və sovet qoşunları Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzib dağıdırdılar, sovet hərbçiləri hər yanı amansız atəşə tuturdular.
Daha sonra tədbirdə Salyan şəhər 2 saylı tam orta məktəbin şagirləri şeir kompozisiyaları ilə çıxış etdilər.
Tədbirin sonunda Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən 20 Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş etdirildi.
Facebook-da paylaş