Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Nazirlikdə idmançılarla görüş keçirilib



13-14 sentyabr 2019-ci il tarixlərində Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində taekvondo üzrə gənclər arasında Vl Koreya səfri kuboku yarışları keçirilib.

Nazirlikdən BrendSport.az saytına verilən məlumata görə, yarışlarda Bakı, Sumqayıt və respublikanın müxtəlif bölgələrindən 15 komandadan 100-dən artıq idmançı mübarizəyə qatılıb.

Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin komandası yarışlarda mərkəzin fiziki hazırlıq şöbəsinin inspektoru Avropa çempionu Elvin Məmmədovun rəhbərliyi altında iştirak edib.

Yarışlarda uğurlu çıxış edən Mərkəzin taekvondoçusu Eltac Qafarov 68-kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Mərkəzin rəisi polkovnik Füzuli Musayev idmançı və məşqçisini qəbul edərək onları təbrik edib, növbəti yarışlarda uğurlar arzulayıb.




Facebook-da paylaş