Çempionlar Liqası: "Bavariya" - "Real Madrid" oyununda qalib müəyyənləşməyib
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
BrendSport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Almaniya "Bavariya"sı doğma meydanda İspaniyanın "Real Madrid" klubunu qəbul edib. “Alyants Arena”da oynanılan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 24-cü dəqiqədə qonaqların heyətində Vinisius Junior açıb. "Kral klubu" fasiləyə üstün yollansa da, ikinci hissədə qapısında iki top görüb. 53-cü dəqiqədə Leroy Sane tablodakı rəqəmləri bərabərləşdirib. Bundan 4 dəqiqə sonra Harri Keyn penaltidən fərqlənərək münxenliləri önə keçirib. Lakin Madrid təmsilçisinin üzvü V. Junior 83-cü dəqiqədə həm özünün, həm də komandasının ikinci qoluna imza atıb. Bu, həmçinin, matçın yekun nəticəsi olub.
Komandalar arasında cavab oyunu mayın 8-də baş tutacaq.
Qeyd edək ki, yarımfinalın digər görüşündə bu gün "Borussiya Dortmund" və PSJ qarşılaşacaq.
Facebook-da paylaş