Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) may ayı üçün reytinq cədvəli açıqlanıb.
BrendSport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2734 xal) bir pillə geriləyərək 18-ci sırada qərarlaşıb.
Əvəzində bir pillə irəliləyən digər qrossmeysterimiz Teymur Rəcəbov (2723) 27-ci yerə yüksəlib.
Rauf Məmmədov 2651 xalla 87-ci sıraya geriləyib. Nicat Abasov isə yenə ilk “100-lük”dən kənarda qalıb.
Qadın şahmatçılardan Günay Məmmədzadə 2436 xalla 35-ci, Gövhər Beydullayeva 2412 xalla 45-ci, Xanım Balacayeva 2376 xalla 74-cü, Gülnar Məmmədova 2360 xalla 90-cı pillədə yer alıb. Ötən gün Avropa çempionu olan Ülviyyə Fətəliyeva (2378 xal) isə bir pillə irəliləyərək 72-ci sıraya qalxıb.
Qeyd edək ki, kişi şahmatçılar arasında reytinq cədvəlinə 2830 xalla norveçli Maqnus Karlsen başçılıq edir. Qadınlarda isə çinli Yifan Hou 2633 xalla birinci pillədə qərarlaşıb.
Facebook-da paylaş