Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan şahmatçıları FIDE reytinqində irəliləyiblər



Beynəlxalq Şahmat Federasiyası (FIDE) noyabr ayı üçün reytinq cədvəli açıqlayıb.

BrendSport.az
xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbovun mövqeyi dəyişməyib. 36 yaşlı qrosmeyster 2745 xalla 14-cü pillədə qərarlaşıb.

Şəhriyar Məmmədyarov (2734) 1 pillə irəliləyərək, 16-cı sıraya yüksəlib. Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2679) isə 5 pilləlik sıçrayışla 53-cü yerə qalxıb. 2644 xalı olan Rauf Hüseynov 99-cu pillədə qərarlaşıb.

Siyahıya norveçli Maqnus Karlsen (2829) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçi Fabiano Karuana (2795), üçüncü sırada isə çinli Din Liren (2780) yer alıb.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2441) 29-cu pilləyə yüksəlib. Ülviyyə Fətəliyeva (2395) 57-ci, Gövhər Beydullayeva (2383) 68-ci, Gülnar Məmmədova (2350) isə 94-cüdür.


Facebook-da paylaş

Xəbəri paylaş